"Zirə" Qəbələdən üç xalla qayıdır 

"Zirə" Qəbələdən üç xalla qayıdır 

"Zirə" klubu futbol üzrə Misli Premyer Liqasında ilk qələbəsini qazanıb. 
Olimpnews.az xəbər verir ki, qəsəbə təmsilçisi ikinci turun son oyununda "Qəbələ"yə qalib gəlib -2:1.
Qəbələ şəhər stadionunda keçirilən oyunda hesab 16-cı dəqiqədə açılıb.  Nicat Əliyev meydan sahiblərini hesabda önə çıxarıb. Lakin "Zirə" klubu ilk hissədə vurduğu iki qolla Qəbələ səfərindən qələbə ilə qayıtmağı bacarıb. Ceyhun Nuriyev 35-ci və 45+1-ci dəqiqələrdə fərqlənib. Bu nəticədən sonra "Zirə" xallarının sayını dördə çatdırıb. Bölgə təmsilçisi isə bir xalla səkkizincidir.