Tofiq Abbasovun xatirəsi yad edildi

Tofiq Abbasovun xatirəsi yad edildi

Fevralın 19-da əməkdar idman xadimi, professor Tofiq Abbasovun anadan olmasının 90 illiyinə həsr olunmuş ali məktəblərin komandaları arasında bastketbol turnirinin açılış mərasimi oldu.
Açılış mərasmində Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abiyev və idman icitmaiyyətinin nümayəndələri iştirak edirdilər. Mərasimdə çıxış etmək üçün ilk söz Ağacan Abiyevə verildi. Tədbir iştirakçılarını salamlayan natiq bu yarışın keçirilməsinin əhəmiyyətindən danışdı. "Bu gün fəxri doktor, SSRİ əməkdar məşqçisi, Azərbaycan Respublikasının əməkdar idman xadimi, professor Tofiq Abbasovun anadan olmasının 90 illiyinə həsr olunmuş turnir keçirilir. Tofiq Abbasovun Azərbaycanda basketbol idman növünün yaranmasında və inkişaf etdirilməsində böyük xidmətləri olub. Yadımdadır ki, hələ bu akademiyada təhsil alarkən Tofiq müəllim bizə basketbolun sirlərini öyrətmişdi. Tofiq Abbasov, eyni zamanda, Azərbaycanın basketbol üzrə komandasının baş məşqçisi olub. O, Azərbaycan idmançılarını ümumittifaq və beynəlxalq yarışlara hazırlamış və böyük nəticələr əldə etmişdi. 1957-ci ildə Bkıda keçirilən Zaqafqaziya respublikalarının spartakiadasında basketbolçularımız yüksək nailiyyət qazandılar. Həmin yarışda komandamızın məşqçisi Tofiq müəllim idi. Onun Azərbaycan basketboluna verdiyi töhfələri heç vaxt unutmaq olmaz. İnanıram ki, bu dahi insan həmişə xatırlanacaq”, - deyə Ağacan Abiyev bildirdi.
Daha sonra yarış açıq elan edildi. Qeyd edək ki, yarışda Qafqaz Universitetnin, İqtisad Üniversitetinin, Bakı Dövlət Universitetinin və Azəbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandaları qüvvələrini sınayırlar. Əvvəlcə Qafqaz və İqtisad Universitetnin komandaları mübarizə apardı. Daha inamlı təsir bağışlayan İqtisad universitetlərinin komandası rəqibinə 67:16 hesabı ilə qalib gəldi. Məlumat üçün bildirək ki, yarışa fevralın 21-də yekun vurulacaq.