"Mən bu klubu, bu insanları sevirəm" 

"Mən bu klubu, bu insanları sevirəm" 

"Barselona" klubunun baş məşqçisi Hans-Diter Flik İspaniya mediasına müsahibəsində maraqlı fikirlər səsləndirib. Almaniyalı çalışdırıcı Kataloniya klubunun onu dəyişdiyini qeyd edib: “Məşhur 8:2 hesablı "Barselona"  – "Bayern Münhen" matçında nə sevinmişdim, nə də gülmüşdüm. Amma indi mənə baxın! "Barselona" məni tamam dəyişib. Mən bu klubu, bu insanları sevirəm. İndi hər şeyimi buraya qoyuram, artıq başqa biriyəm. Bu klub üçün yaşayıram. Nəvələrimin məni bu qədər emosional görməsini istəmirəm, ona görə yəqin bir az sakitləşməli olacağam”.