"Paltardəyişmə otağını onsuz təsəvvür edə bilmirəm"

"Paltardəyişmə otağını onsuz təsəvvür edə bilmirəm"

"Liverpul" klubunun keçmiş baş məşqçisi Yurgen Klopp mərhum Dioqo Jota haqqında danışıb. 
"Xəbəri öyrəndiyim zaman sakitcə durdum, heç bir söz demədim. O, mənim üçün bir ailə üzvü idi. "Liverpul"  klubunda heç kim Dioqo Jotanın ölümünü bəhanə kimi istifadə etməyəcək. Lakin hər gün bu reallıqla üz-üzə gəlirik. Futbolçular hər gün onun gəzdiyi otaqlardan keçir. Bunun öhdəsindən gəlmək mümkün deyil...

Məhəmməd Salah onu transfer etməyim üçün məni inandırmağa çalışırdı. O, ilk gündən etibarlı çıxış etdi. Üstün xüsusiyyətləti var idi — həm şəxsiyyətinə görə, həm də komanda yoldaşı kimi. Paltardəyişmə otağını onsuz təsəvvür edə bilmirəm. Hələ də düzgün danışa bilmirəm. Bu, inanılmaz dərəcədə bir şok idi və eynisi futbolçular üçün də keçərlidir. Mən deyərdim ki, onu əvəz etmək mümkünsüzdür”.