Ər-Riyad-2025: Ağırlıqqaldıranımız 1 gümüş və 2 bürünc medal qazanıb

Ər-Riyad-2025: Ağırlıqqaldıranımız 1 gümüş və 2 bürünc medal qazanıb

Azərbaycan komandası Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən ağırlıqqaldırma yarışında növbəti medallarını qazanıb. 

Olimpnews.az xəbər verir ki, komandamızın həyətində yer alan İsa Rüstəmov (71 kq) bir gümüş və 2 bürünc medala sahib olub. Birdən qaldırma hərəkətində 147 kq ağırlığın öhdəsindən gələn idmançımız bürünc medal qazanıb. Təmsilçimiz təkanla qaldırmada 177 kq çəkini ram edərək gümüş medala yiyələnib. İsa Rüstəmov ümumilikdə 224 kq nəticə ilə üçüncü yeri tutub.

 

Ər-Riyad-2025: Ağırlıqqaldıranımız 1 gümüş və 2 bürünc medal qazanıb