ABŞ-ın Fort-Benninq şəhərində keçirilən güllə atıcılığı üzrə Dünya kuboku yarışları Azərbaycan millisi üçün başa çatıb.
İdmançımız Ruslan Lunyovun son cəhdi də uğursuz olub. Belə ki, 10 metr məsafəyə atəş açma yarışlarında 25-ci olan snayperimiz 25 metr məsafədən də hədəfi dəqiq nişan ala bilməyib. O, bu dəfə 19-cu yeri tutub.
Qeyd edək ki, R.Lunyovdan əvvəl İradə Aşumova çıxışını bitirib. Olimpiya mükafatçımız 10 metr məsafəyə atəşaçmada 32-ci, 25 metr məsafədən hədəfi nişan almada 14-cü olub.