Şəkidə basketbol yarışı

Şəkidə basketbol üzrə ölkə çempionatının ikinci mərhələsinin 2-ci turu keçirilib.
Ilk oyunda "Qala” komandası "Cəlilabad”a 89:36 hesabı ilə qalib gəlib. İkinci oyunda isə meydan sahibləri olan "Şəki” klubu 80:36 hesabı ilə "Gəncə” komandası üzərində qələbə qazanıb.
Xatırladaq ki, XXI Basketbol üzrə Azərbaycan Çempionatı Mingəçevirdə baş tutacaq.
Turnirdəki xal vəziyyəti belədir:
1. "Qala” - 10 xal
2. "Cəlilabad” - 8 xal
3. "Şəki” – 7 xal
4. "Gəncə”- 5 xal