Ən güclü basketbolçu qızlar müəyyənləşdilər

Ən güclü basketbolçu qızlar müəyyənləşdilər

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında basketbol (qızlar arasında) yarışı keçirilib. Nərimanov rayonu ərazisində yerləşən 45 nömrəli tam orta məktəbin idman zalında təşkil olunan XXVI spartakiadanın nəticəsinə görə Xətai rayonu 269 nömrəli tam orta məktəbinin komandası I, Səbail rayonu 236 nömrəli tam orta məktəbinin komandası II, Nizami rayonu 145 nömrəli tam orta məktəbinin komandası III yerə sahib olub. Yarışda I, II və III yerləri tutan komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olublar.
XXVI spartakiadanın dama, şahmat, stolüstü tennis, voleybol (qızlar və oğlanlar), dördnövçülük (qızlar və oğlanlar) və basketbol (qızlar) növləri üzrə yarışlarında Nizami rayonu 32 xalla I , Xətai rayonu 36 xalla II , Qaradağ rayonu 36 xalla III pillənin qalibi olub.