Turqay Dəmirəl FİBA Avropanın prezidenti seçilib

Turqay Dəmirəl FİBA Avropanın prezidenti seçilib

Almaniyanın Münhen şəhərində Beynəlxalq Basketbol Assosiasiyasının (FİBA) Avropa Baş Assambleyası keçirilib. Əvvəlcə 2010-2014-cü illərdə FİBA Avropanın fəaliyyəti ilə bağlı hesabat dinlənilib. Sonra yeni prezidentin və idarə heyətinin üzvlərinin seçkisi keçirilib. Türkiyə Basketbol Federasiyasının prezidenti Turqay Dəmirəl FİBA Avropanın yeni prezidenti seçilib. Türkiyəli mütəxəssis növbəti dörd il bu vəzifəni icra edəcək. Tədbirdə Azərbaycan Basketbol Federasiyası Rəyasət Heyətinin üzvü Fərid Məmmədov da iştirak edib.