Qala” basketbol komandası qalib oldu

Qala” basketbol komandası qalib oldu

Quşadası şəhərində basketbolun 3x3 növü üzrə "Adidas - Türkiyə” turniri keçirilib.
Olimpnews.az Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə əsasən xəbər verir ki, yarışda Azərbaycanı "Qala” komandası təmsil edib. Baş məşqçi Elxan Əliyevin yetirmələri "Provodteam”, "All Star”, "Ne Alakası Var” və "We own it” komandalarına qalib gələrək finala vəsiqə qazanıblar.
Həlledici görüşdə "İzmir Boğaları” komandasını məğlub edən "Qala” kollektivi "Adidas – Türkiyə” turnirinin qalibi adını alıb.
Avropa çempionatının Amsterdamda keçiriləcək seçmə mərhələsinə hazırlaşan basketbolçularımız Türkiyədən sonra iyunun 28-də dünya turunda iştirak etmək üçün Sankt-Peterburq şəhərinə yola düşəcəklər.