«Olimpə doğru» jurnalının növbəti sayı işıq üzü görüb. Nəfis tərtibatlı jurnalın budəfəki sayı oxucuların marağına səbəb olacaq.
Jurnalda Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2015-ci ildə ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin iclası barədə geniş məlumat öz əksini tapıb. Nəşrdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin Avropa Oyunlarının ölkəmizdə təşkili ilə bağlı maraqlı müsahibəsi yer alıb.
«Diqqət, qayğı, məsuliyyət olan yerdə irəliləyiş də var, nailiyyət də,medal da» adlı müsahibədə Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abiyev ölkəmizdə boksun inkişafından, ötən il Azərbaycan idmançılarının qazandıqları nailiyyətlərdən danışıb.
Azərbaycan Ədalətli Oyunlar Komissiyasının eləcə də, «Olimpə doğru» jurnalının ötən ilin yekunları ilə bağlı mükafatları kimlərə təqdim olundu? Bunu bilmək istəyirsinizsə jurnalı əldə etməyə tələsin.
Tanınmış sənət adamı Bəhram Bağırzadə indiyədək demədiklərini eksklüziv olaraq «Olimpə doğru» jurnalına açıqlayıb. «Sözün işığındakı adam»ın da kimliyindən jurnalımızda xəbər tuta bilərsiniz. Həyatını idmana həsr edən və bundan peşmançılıq hissi keçirməyən veteran idmançının həyatının maraqlı məqamları da dərgidə öz əksini tapıb. Digər maraqlı bir yazıda gənc pianoçu Kamil Həsənov sənət sevgisindən, qazandığı uğurlardan bəhs edib. Qorxunu dəf etmə yollarını öyrənmək istəyənlər dərgimizdə bununla bağlı faydalı məsləhətlər əldə edə bilələr. Beləliklə, əziz oxucular, «Olimpə doğru» jurnalını əldə etməyə tələsin.