Basketbolçularımız qitə birinciliyinə vəsiqə qazanıblar

Basketbolçularımız qitə birinciliyinə vəsiqə qazanıblar


İyulun 19-da Hollandiyanın paytaxtı Amsterdamda 3X3 basketbol üzrə kişilər arasında Avropa çempionatının seçmə mərhələsi keçirilib. Ölkəmizi bu yarışda Fuad Niftəliyev, Davit Barbakadze, Amil Həmzəyev və Rolandas Aliyevasdan ibarət yığma komandamız təmsil edib. Basketbolçularımız qrup mərhələsini iki qələbə (Rumıniya 16:14, Andora 21:8) və bir məğlubiyyətlə (Hollandiya 12:13) keçərək, 1/4 finala yüksəliblər. Təmsilçilərimiz bu mərhələdə İsveç millisini mübarizədən kənarrlaşdırıb - 21:8. Elxan Əliyevin yetirmələri yarımfinalda Türkiyə yığmasını 20:11 hesabı ilə üstələyərək finalda Rumıniya yığmasına rəqib olublar. Basketbolçularımız bu dəfə də rəqiblərinə heç bir şans verməyərək 21:8 hesabı ilə qələbə qazanıblar. Seçmə mərhələsini birinci yerdə başa vuran yığmamız Rumıniyada keçiriləcək qitə birinciliyinə vəsiqə qazanıb.