ABŞ basketbolçuları Pxenyana gediblər

ABŞ basketbolçuları Pxenyana gediblər

Milli Basketbol Assosiasiyasının (NBA) qalmaqallı basketbolçusu Denis Rodman Şimali Koreya Respublikasına səfər edib. Xeyriyyə məqsədilə təşkil olunan səfərdə MBA-nın "Harlem Ylobetrottes” klubu Pxenyanda yerli basketbolçularla yoldaşlıq görüşü keçirib. Qarşılaşma heç-heçə başa çatıb - 110:110. Yoldaşlıq görüşünü Rodmanla birlikdə Şimali Koreyanın rəhbəri Kim Çen İn də izləyib. Dennis Rodman ölkə başçısının yoldaşlıq oyununu maraqla seyr etdiyini bildirib.
"Kim Çen İn çox ciddi adamdır. Bununla belə, o, yarışı maraqla izləyir, basketbolçularını alqışlayırdı”, - deyə Rodman əlavə edib. Məlumat üçün deyək ki, Denis Rodman NBA-da "Çikaqo Billz” komandasının heyətində çıxış edib və 5 dəfə çempion tituluna layiq görülüb.