
"The Club Port Baku”da kişilər arasında basketbolun 3x3 növü üzrə "Baku Flames” turniri keçirilib.
Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, gərgin idman mübarizəsi şəraitində keçən yarışda 8 komanda birincilik uğrunda mübarizə aparıb.
Turnirin finalında "Qala” və "AzTop” komandaları qarşılaşıb. Rəqibini 22:6 hesabı ilə məğlub edən "Qala” komandası turnirin qalibi olub.
"Baku Flames” turniri avqustun 25-də Kopenhagendə keçiriləcək basketbolun 3x3 növü üzrə dünya turuna hazırlıq məqsədi daşıyıb.
olimpnews.az