Səbail rayonunun komandası respublika çempionudur

Səbail rayonunun komandası respublika çempionudur

Balakəndə idman məktəblərinin VII Respublika Oyunlarının proqramına daxil olan 2000-2001-ci il təvəllüdlü oğlanlardan ibarət komandalar arasında basketbol üzrə respublika birinciliyinin final mərhələsinin yarışlarına yekun vurulub.
Olimpiya İdman Kompleksində keçirilən yarışlarda respublikamızın müxtəlif şəhər və rayonlarını təmsil edən 8 komanda mübarizə aparıb. Final mərhələsində Bakının Səbail rayonunun komandası daha uğurlu çıxış edərək birinciliyin qalibi adını qazanıb. Sonrakı yerləri Xətai və Şəki rayonlarının təmsilçiləri tutublar.
Birincilikdə ilk yerləri tutan komandalara kubok, medal və diplomlar təqdim olunub.