Mərhələ turu Danimarkada keçirilir

Mərhələ turu Danimarkada keçirilir

Danimarkanın paytaxtı Kopenhagendə basketbolun 3x3 növü üzrə dünya turunun seçmə mərhələ yarışları keçirilir.
Yarışda Azərbaycan millisi də mübarizə aparır. Rumniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyan yarışda millimizin heyətində Fuad Niftəliyev, Amil Hamzayev, Davit Barbakadze və Rolandas Aliyevas yer alıblar.
Turnirdə Danimarka, Sloveniya, Latviya, Rusiya, İsveç, Serbiya, Andorra, İrlandiya, Böyük Britaniya və Estoniya komandaları iştirak edirlər.