24 milyard dollarlıq müqavilə imzalandı

24 milyard dollarlıq müqavilə imzalandı

ABŞ-ın Milli Basketbol Assosiasiyası (NBA) oyunları yayımlamaq hüququ ilə bağlı ESPN və TNT televiziya şirkətləri ilə 24 milyard dollar məbləğində doqquzillik müqavilə bağlanmaq haqqında razılaşmaya nail olub. Xarici mətbuat xəbər verir ki, yeni müqavilə 2016-2017-ci illər mövsümündən qüvvədə olacaq. Yeni saziş üzrə illik ödənişlərin məbləği, demək olar ki, üç dəfə artaraq indiki 930 milyon dollardan 2,66 milyard dollara çatacaq.