Basketbolçu qatildir?

Basketbolçu qatildir?

NBA-nın "Vaşinqton” komandasının keçmiş oyunçusu Cavaris Krittenton qətldə günahlandırılır.
Amreika mətbuatının yazdığına görə, 25 yaşlı Krittenton, əmisi oğlu ilə birlikdə, iki uşaq anası Culian Consun ölümündə təqsirli ibilinir. Bəzi məlumatlara görə, basketbolçu tərəfindən bu cinayət qisas almaq məqsədilə törədilib. Qeyd edək ki, Krittentonun bu hadisədən əvvəl 50 min dəyərində qızıl və zinət əşyaları oğurlanıb. 
Xatırladaq ki, Krittenton 2007-ci ildə "Leykers”in heyətinə qəbul edilsə də, o, "Vaşinqton” və "Memfis”in şərəfini qoruyub. 2009/2010-cu il mövsümündə "Vaşinqton”un soyunub-geyinmə otağında basktbolçunun üstündən tapança tapıldığına görə, o, 38 oyunluq diskvalifikasiya edilib.