Boksçumuz qızıl medal qazandı

Boksçumuz qızıl medal qazandı


İyunun 19-da Bakı Kristal Zalında ilk Avropa Oyunları çərçivəsində taekvondo yarışları başa çatıb.
İdmançımız Radik İsayev (80 kq) bütün rəqiblərini üstələyərək Azərbaycan komandasının aktivinə daha bir qızıl medal yazdırıb.
İdmançımız dörddə bir finalda Hollandiya təmsilçisi Yeroen Vanroiyunu 8:6 hesabı ilə məğlub edib. İkidə bir finalda sloveniyalı İvan Konrad Trajkoviç ilə qarşılaşan təmsilçimiz yenə də çətinlik çəkmədən qələbə qazanıb. Radik İsayev ikinci hissənin gedişində 15 xal fərqi ilə önə keçdiyindən döyüş yarımçıq dayandırılıb və dünya çempionumuz finala vəsiqə qazanıb. Finalda taekvondoçumuzun rəqibi Rusiya idmançısı Vladislav Larin olub. Rəqibini 4:3 hesabı ilə məğlub edən təmsilçimiz I Avropa Oyunlarının çempionu olub. Beləliklə, Azərbaycan komandasının aktivindəki qızıl medalların sayı 13-ə çatıb.
Xatırladaq ki, taekvondo yarışlarında Ayxan Tağızadə və Milad Beiqi Harçeqani qızıl, Fəridə Əzizova gümüş, Patimat Abakarova isə bürünc medal qazanıblar.