“II Avropa Oyunlarına ev sahibliyi edəcək ölkə üçün heç də asan olmayacaq”

“II Avropa Oyunlarına ev sahibliyi edəcək ölkə üçün heç də asan olmayacaq”



Bu sözləri Belçikanın qadınlardan ibarət yığmasının əsas məşqçisi Gert van der Broek "olimpnews.az”-a müsahibəsində deyib.

- Azərbaycan: Belçika oyunu barədə nə deyə bilərsiniz?

- Azərbaycan komandası həmişə olduğu kimi bu dəfə də gözəl oyun nümayiş etdirdi. Bizim komanda da pis oynamadı. Sadəcə, azərbaycanlılar qələbəyə iddialı idilər və bu da oyunun nəticəsinə öz müsbət təsirini göstərdi. Belçika komandası mərhələyə adlamaq üçün növbəti şansını İspaniya millisi ilə sınayacaq.

- Avropa Oyunlarından sonra sizi hansı yarış gözləyir?

- Bu yarışdan sonra bizi Avropa çempionatı gözləyir. Komandamız qitə birinciliyində məhz burada çıxış edən heyətlə yarışacaq.

- Cənab Gert, yarışların təşkili ilə bağlı fikirlərinizi bilmək istərdik...

-Avropa Oyunlarının təşkili məsələsinə gəlincə, onu deyə bilərəm ki, hər şey yüksək səviyyədədir. Bütün idmançılara və məşqçilərə Atletlər Kəndində gözəl şərait yaradılıb. Düşünürəm ki, II Avropa Oyunlarına ev sahibliyi edəcək ölkə üçün heç də asan olmayacaq. Çünki Bakıda ilk qitə Oyunlarında təşkilatçılıq müqayisə edilməyəcək dərəcədə yüksəkdir.

Qeyd edək ki, iyunun 19-da Avropa Oyunları çərçivəsində qadınlar arasında keçirilən voleybol yarışlarında Azərbaycan komandası A qrupunda Belçika yığmasına qarşı mübarizədə qalib gəlib.


Səadət