Oksana Kurt:"Məqsədə doğru addım- addım irəliləyirik“

Oksana Kurt:"Məqsədə doğru addım- addım irəliləyirik“


İyunun 19-da Bakı Kristal Zalında keçirilən Azərbaycan komandası ilə Belçika arasındakı gərgin qarşılaşma təmsilçilərimizin 3:2 hesablı qələbəsi ilə başa çatdı.
Qadın voleybolçularımız yarışdan sonra qələbə sevincini bizimlə bölüşdülər:

Oksana Kurt,
Azərbaycanın qadınlardan ibarət voleybol yığmasının kapitanı:

- Oyun zamanı çox həyəcanlı idik. Belçika millisi komandamıza qarşı ciddi müqavimət göstərirdi. Rəqiblərimizin hamısı güclüdür. Buna görə də, biz bütün bacarığımızı ortaya qoymağa çalışırıq. Ços sevinirəm ki, vətənimizdə, doğma azarkeşlər qarşısında qələbəyə gedən yolda məqsədə doğru addım- addım irəliləyirik. Qarşıda bizi daha da gərgin qarşılaşmalar gözləyir. Lakin inanıram ki, gözəl oyunumuzla doğma azarkeşləri sevindirə biləcəyik.

Polina Rəhimova,
Azərbaycan yığma komandasının üzvü:

- Rəqibimiz güclü olduğu üçün gərgin mübarizə apardıq. Lakin oyun zamanı buraxdığımız bəzi səhvlərimizə baxmayaraq 3:2 hesabı ilə Belçika komandasına qalib gəldik. Bununla da qrupda liderliyimizi qoruyub saxladıq. Növbəti rəqibimiz Türkiyə millisidir. Qonşu dövlət olduğumuza baxmayaraq kimin daha güclü olduğunu sübüt etmək üçün mübarizə aparacağıq. Belə gərgin mübürizədə bizə dəstək olduğları üçün azarkeşlərə xüsusi minnətdaram. Saatın gec olmasına baxmayaraq, yüzlərlə idamnsevər komandamızı ruhlamdırmaq üçün Bakı Kristal Zalındadır. Çox sevinirik ki, ölkə başçısı və xanımı bizi yarışlarda dəstəkləyirlər. Bu, çox qürurvericidir. Avropa Oyunlarının qızıl medalına sahib olmaq üçün əlimizdən gələni edəcəyik.

Ayşən Əbduləzimova,
Azərbaycan yığma komandasının üzvü:

- Belçika komandası gözəl oyun nümayiş etdirdi. Lakin biz özümüzdə güc tapıb onlara layiqli müqavimət göstərdik. Birinci Avropa Oynlarının ev sahibi olduğumuz üçün bütün komandalar yığmamıza təzyiq göstərməyə çalışır. Lakin Oyunlarda iştirak etməyimizdə məqsəd birincilik əldə etməkdir. Çalışacağıq ki, növbəti görüşlərdə də rəqiblərimizə qalib gələk.