Birinci Avropa Oyunlarında qadınlar arasında dairəvi stenddə atəşaçma (skit) üzrə gümüş medal qazanan italiyalı idmançı Diana Bakosi yarış barəsində fikirlərini bizimlə bölüşüb. «Bugünki mübarizə çox gərgin keçdi. Rəqiblərimdən biri öz yerlim idi. Amma idmanda heç kimə güzəştə getməyi xoşlamıram. Çalışıram mənə verilən şansdan öz məqamında istifadə edim. Bakıda keçirilən yarış mənim üçün böyük sınaq idi. Karyerma Ərzində dəfələrlə Avropa və dünya çempionatlarında iştirak etmişəm. Mükafatlarım da yetərincədir. Lakin Bakı-2015-i gümüş medalı mükafat kolleksiyamda öz layiqli yerini tapacaq» - , deyə o, bildirib.