«Mən bu Oyunları Avropanın bir nömrəli idman bayramı hesab edirəm»

«Mən bu Oyunları Avropanın bir nömrəli idman bayramı hesab edirəm»


Dairəvi stenddə atəş açma (skit) üzrə Avropa Oyunlarının böyük britaniyalı qalibi Amber Hill yarışlardan sonra «Olimpnews.az» saytına ekskluziv musahibə verdi. Yarışların qızıl medalına sahib olan xanım idmançı bizi maraqlandıran sualları cavablandırdı.


- Bu gun gərgin bir yarışda iştirakı edib, qələbə qazandınız. Rəqibləriniz isə iki italiyalı atıcı oldu. Bu barədə nə deyərdiniz?

- Birinci Avropa Oyunlarında qızıl medal qazandığım üçün çox sevinirəm. Oyunlarda qələbə qazanmaq üçün ciddi hazırlaşırdım. Mən bu Oyunları Avropanın bir nömrəli idman bayramı hesab edirəm. Belə mötəbər yarışda qızıl medal qazanmaq hər bir idmançı üçün böyük şərəfdir. Sevinirəm ki, zəhmətimin bəhrəsini gördüm. Rəqiblərimin hər biri güclü olsa da, final mərhələsi mənim üçün daha gərgin keçdi. Lakin buna baxmayaraq özümü toplayıb rəqibimin üstəsindən gəldim.

- Yarış zamanı çox sərbəst və özünəinamlı görünürdünüz. Bu nə ilə əlaqədardır?

- Bilirsiniz, mən bu Oyunlara qədər bir sıra möətəbər yarışlarda qüvvəmi sınamışam. Karyeram barəsində onu deyə bilərəm ki, 2012-ci ildə Almaniyada Avropa çempionatının, 2013-cü ildə Peruda, 2014-cü ildə İspaniyada dünya çempionatının, eləcədə bir sıra beynəlxalq yarışların iştirakçısı olmuşam. Bu medal mənim idmançı karyeramda ən böyük və dəyərli medal kimi yadda qalacaq.
Həmin yarışlarda mükafat qazana bilməsəm də, kifayət qədər təcrübə toplamışam. Rəqiblərimin güclü olması mənim üçün böyük məsuliyyət kəsb edib. Bu gün bütün diqqətimi toplayıb, hədəfi hamıdan yaxşı vurdum. Nəticəsi isə göz qabağındadır.


- Bu cür sərrast olan bir xanımın, ov etməyə həvəsi varmı?

- (gülür). Bəli, sərrast olmağı bacarıram. Lakin ov etmək mənim İşim deyil. Cansız əşyanı vursam da, ov etməyi bacarmaram. Buna əlim gəlməz. Mən faunanı çox sevirəm.


- Bakı barəsində bu müddət ərzində nə öyrənə bildiniz. Bizim şəhərimiz sizə necə təsir bağışladı?

- Buraya gəlməzdən əvvəl şəhəriniz barəsində xeyli məlumat toplamışdım. İnternetdə şəhərin şəkillərinə baxanda, düşünürüdüm ki, mən tezliklə bu gözəlliyin canlı şahidi olacağam. Şəhəri tam gəzə bilməsəmdə, bəzi yerləri görə bildim. Yarış meydanına gələndə, idmançılar üçün ayrılmış avtobusun pəncərəsindən hər şeyə diqqət yetirirdim. Bakı çox gözəl şəhərdir. Şəhərin axşamları isə bir başqa aləmdir. Burada keçirdiyim günləri heç vaxt unutmayağacam. Yerləşdiyimiz Atletlər Kəndinin isə tayı-bərabəri yoxdur.