Çimərlik voleybolunda uğursuz çıxış

Çimərlik voleybolunda uğursuz çıxış


İyunun 20-də Bakı-2015 birinci Avropa Oyunlarının çimərlik voleybolunda finala çıxan komandaların adları müəyyənləşib.
Avropa Oyunları Parkında təşkil olunan yarışın yarımfinalında avstriyalı Katarina Şutzenhofer-Lena Mariya Plesiutşniq litvalı voleybolçular Yeva Dumbauskaite-Monika Povilaitite, İsveçrəni təmsil edən Nikola Eyholzer-Nina Betşart cütlüyü isə italiyalı Laura Qiombini - Culia Totiyə 2:0 hesabı ilə qalib gələrək həlledici mərhələyə vəsiqə əldə ediblər.
Məlumat üçün bildirək ki, kişilərdən ibarət cütlüyümüz - Neilton Santos-Yaroslav Rudıx yarışları məğlub başa vurublar. Cütlüyümüz Latviya voleybolçuları - Martins Plavins-Haralds Reqzanın qələbəsinə mane ola bilməyiblər.