Idmançımız yarışları 17-ci pillədə başa vurub

Idmançımız yarışları 17-ci pillədə başa vurub


Birinci Avropa Oyunlarında idmançılar üç metr hündürlüyündə tramplindən fərdi və sinxron tullanma üzrə mübarizə sona yaxınlaşır. Kişilər arasında üç metr hündürlüyündə 1-ci nömrə altında çıxış edən təmsilçimiz Artyom Danilov 441.15 balla toplayaraq, yarışları 17-ci pillədə başa vurub.
Yarışın ilkin mərhələsində ilk üçlükdə Rusiya təmsilçisi İliya Molçanov (528.45), Böyük Britaniya atleti James Heatly (508.95), Belarus idmançısı Yury Naurozau (500.60) yer alıblar.