Bakı-2015 Avropa Oyunlarında taekvondo yarışlarına yekun vurulub.
Bu yarışda Azərbaycan komandasının qazancı 3 qızıl, 1 gümüş, 1 bürünc medal olub. Xatırladaq ki, taekvondo yarışlarının ilk 2 günündə yığmamızın heyətində Ayxan Tağızadə (68 kq) və Milad Beiqi Harçeqani (80 kq) qızıl, Fəridə Əzizova (67 kq) gümüş, Patimat Abakarova (49 kq) bürünc medal qazanıb. İkinci yeri 2 qızıl, 1 bürünc medalla Böyük Britaniya millisi tutub. Rusiya komandası 1 qızıl 2 gümüş, 2 bürünc medalla üçüncü olub.