Ox atanlarımız mübarizəni mükafatsız başa vurdular

Ox atanlarımız mübarizəni mükafatsız başa vurdular


İyunun 20-də Tofiq Bəhramov adına Respublika Stadionunda kişi oxatanlar arasında fərdi mübarizənin qalibləri müəyyənləşib.
"Olimpnews.az” xəbər verir ki, Azərbaycanı bu yarışda Aleksey Kopnin təmsi edib. 1/32 mərhələdən mübarizəyə başlayan oxatanımız rusiyalı Bair Tsybekdorjiyevə uduzub - 2:6. Bununla da o, yarışları mükafatsız başa vurub.
Kamandan oxatma üzrə kişilər yarışında da təmsilçimiz fərqlənə bilməyib. Azərbaycan idmançısı Roman Vengerov fransalı Lukas Daniel dueldən məğlub ayrılıb - 0:6.