Radik Isayev: “Qələbəmi valideynlərimə həsr edirəm”

Radik Isayev: “Qələbəmi valideynlərimə həsr edirəm”



Avropa Oyunlarında taekvondo yarışlarının üçüncü qızıl medalına sahib çıxan Radik İsayev qələbə sevincini bizimlə bölüşüb:

- Finaldakı rəqibim zəif deyildi. Rusiyalı Vladislav Larinlə əvvəllər də qarşılaşmışam və ona 2 dəfə məğlub olmuşam. Həlledici qarşılaşma mənim üçün revanş döyüşü idi. Avropa Oyunlarında mübarizəyə 1/4 finaldan başladım. Birinci dövrədə rəqibimin sağlamlığı ilə bağlı problemi olduğundan, döyüşdən imtina etdi. Hollandiyalı ilk rəqibimlə görüş də kifayət qədər çətin keçdi. Növbəti döyüşdə asanlıqla qalib gəldim. Baxmayaraq ki, rəqibim Olimpiya oyunlarının iştirakçısı, dünya çempionatının mükafatçısı idi. Şükürlər olsun ki, əziyyətim hədər getmədi. Qələbəmi valideynlərimə həsr edirəm. İndi ən böyük arzum ailəm, həyat yoldaşım və övladlarımın yanında olmaq, onlarla qələbə sevincini paylaşmaqdır. Mənə azarkeşlik edən, dəstəkləyən, üzərimdə əməyi olan hər bir kəsə minnətdarlığımı bildirirəm. Qeyd edim ki, yarışların təşkilatçılığı yüksək səviyyədədir. Yarış təəssüratları ilə bağlı fikirlərimi ifadə etməkdə çətinlik çəkirəm.