Bakı-2015 I Avropa Oyunlarının şosse velosipedi idmanı yarışlarına yekun vurulub. Kişilərin şosse yürüşündə qaliblər müəyyənləşib. .
124 idmançının iştirak etdiyi yarışın qalibi Azadlıq Meydanındakı finiş xəttində bəlli olub. Azərbaycan bu idman tədbirində 3 idmançı ilə təmsil olunduğu halda onlardan yalnız ikisi - Elçin Əsədov və Samir Cəbrayılov start xəttinə çıxıb. Cəbrayılov finişə çata bilməyib. Məsafəni 5 saat 42 dəqiqə 25 saniyəyə qət edən Əsədov isə 55-ci olub. Digər velosipedçimiz Maksim Averin yarışda iştirak etməyib.
Qeyd edək ki, yarışın qalibi adına ispaniyalı Luis Leon Sançes Xil yiyələnib. O, finişə 5 saat 27 dəqiqə 25 saniyəyə çatıb.