Bakı-2015 I Avropa Oyunlarında qadın voleybolçular arasında qrup mərhələsində növbəti, son turun oyunları keçirilir.
Bu gün qadın voleybolçuların mübarizəsində qrup mərhələsinə yekun vurulacaq. Azərbaycan yığması son turda Türkiyə ilə liderlik oyununa çıxacaq.
"Olimpnews.az” xəbər verir ki, iyunun 21-də Bakı Kristal Zalında təşkil edilən günün ilk görüşündə A qrupunda Belçika və Polşa voleybolçuları qarşı-qarşıya gəliblər. Gərgin keçə qarşılaşmada IV set Belçıka yığmasının üstünlüyü ilə başa çatsa da, hesab bərabər olub – 0:0. 5-ci -seti belçikalılar 16:14 hesablı qələbə ilə başa vurdular.
A qrupunda digər oyunlar da keçiriləcək. Azərbaycan voleybol yığması qardaş Türkiyəni ilə saat 20.00-da sınağa çəkəcək.
A qrupu
Belçika – Polşa -3:2 (25:22, 21:25, 23:25, 25:22, 16:14 )
İtaliya: Rumıniya 0:3 (23:25, 16:25, 21:5)
20.00. Türkiyə: Azərbaycan
B qrupu
Hollandiya: Bolqariya 3:0 (25:20, 25:18, 25:19)
16.30. Xorvatiya: Almaniya
22.00 Rusiya: Serbiya