Bu sözləri Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Komitənin İdarə Heyətinin Avropa idman federasiyalarının nümayəndələri ilə görüşdə deyib.
"Olimpnews.az"AZƏRTAC-a istinadən xəbər verir ki, Avropa Olimpiya Komitəsinin məlumatına förə iclasda Bakı-2015 Avropa Oyunlarının gedişatını yüksək dəyərləndirən Avropa idman federasiyaları 2019-cu ildə keçirilməsi nəzərdə tutulan Avropa Oyunlarının proqramı barədə fikirlər səsləndiriblər. İştirakçılar Avropa Oyunlarında hazırlıqlı idmançıların iştirakını, idman növlərinin təqdim edilməsi səviyyəsini və yarışların yayım əhatəsinin geniş olmasını yüksək qiymətləndiriblər. Avropa idman federasiyaları öz iş planlarını 2019 və 2023-cü illərdə keçiriləcək Avropa Oyunlarına uyğun qurmağa hazır olduqlarını bildiriblər. Bir sıra federasiyalar çempionatların 2019 və 2023-cü illərdə Avropa Oyunlarına daxil edilməsi üçün işlərə başlayacaqlarını bildiriblər.
AOK-un prezidenti Patrik Hikki bildirib ki, 2019-da nəzərdə tutulan Oyunların proqramı bir sıra amillərdən asılı olacaq. "Bunlar arasında yarışların keçiriləcəyi şəhərin idman infrastrukturu xüsusilə qeyd edilməlidir. Biz Avropa Oyunlarının konsepsiyasından artıq əminliklə danışa bilərik. Bizim 2019-ci il üçün hədəfimiz Avropa Oyunlarına bir sıra Avropa çempionatlarını və Tokioda keçiriləcək Olimpiya Oyunlarına lisenziya qazandıracaq daha çox idman növlərini daxil etməkdir. Bunu həyata keçirmək üçün Avropa federasiyaları və Beynəlxalq Olimpiya Komitəsi ilə sıx əməkdaşlıq edəcəyik. Eyni zamanda mən "Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsini belə dünya səviyyəli idman tədbirinə təşkilatçılıq etdiyi üçün təbrik edirəm”, - deyə o qeyd edib.
Avropa Gimnastika Birliyinin prezidenti Jorj Gelzek Avropa Oyunlarında iştirak etməklərindən məmnun olduqlarını bildirib. O, təşkilatın 2019-cu ildə də bu yarışlarda iştirak etməsini tövsiyə edəcəyini qeyd edib. Birliyin rəhbəri "Bakı-2015”in gimnastların bacarıqlarını nümayiş etdirmək üçün gözəl platforma olduğunu söyləyib.