«Medal qazanmağı qarşıma məqsəd qoymuşdum»

«Medal qazanmağı qarşıma məqsəd qoymuşdum»



Batut gimnastikası üzrə kişilərin fərdi çıxışlarında 3-cü yeri tutan təmsilçimiz İlya Qrişunin sevincini "olimpnews.az” saytı ilə bölüşüb:
- Medal qazanmağı qarşıma məqsəd qoymuşdum. Psixoloji cəhətdən də yarışa yaxşı hazırlaşmışdım. Əlimdən gələni etdim və nəticə də qazandım. Medal uğrunda əsas rəqibim fransalı idmançı idi. O məni qabaqlamaq üçün çıxışını səhvsiz yerinə yetirilməli idi. Çıxışının sonunda səhv buraxdı və mən də bunu hiss etdim. Bildim ki, o mənə qalib gələ bilməyəcək. Şadam ki, medal qazanmaqla, məşqçilərin və federasiya rəhbərliyinin etimadını doğrultdum.