Azərbaycanın bədii gimnastı Marina Durunda Avropa Oyunlarında lentlə hərəkətlərdə gümüş medala sahib çıxıb. Bu, Azərbaycan millisinin Bakı-2015-də 35-ci medalı olub. İdmançımız medal sevincini bizimlə bölüşüb.
"Azərbaycan xalqını sevindirmək istəyirdim. Medal qazandığım üçün qürur hissi keçirirəm. Avropa Oyunlarına uzun müddət idi ki, ciddi hazırlaşırdım. Bir sıra yoxlama məşqlərimiz olmuşdu. Bu arenada çıxış etmək hər idmançıya nəsib olmur. Üzərimizdə böyük məsuliyyət var idi. Digər növlərdə çıxışlarım uğursuz oldu. Son çıxışda bütün gücümü topladım. Nəticədə medal qazandım. Mənim üzərimdə əməyi olan məşqçilərimə təşəkkürümü bildirirəm. Qazandığım uğuru Azərbaycan xalqına həsr edirəm”.