Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin Kütləvi İnformasiya Vasitələrinə verdiyi məlumata görə, II Avropa Oyunlarını keçirmək üçün yeddi namizəd ölkə var.
"Bir çox ölkələrin bu Oyunlara ev sahivbliyi etməyə marağı artıb. Bildiyiniz kimi, Hollandiya növbəti Avropa Oyunlarını keçirməyə namizəd idi. Lakin Bakı-2015 I Avropa Oyunlarının təntənəli açılış mərasimindən bir neçə gün əvvəl bu ölkə Oyunların çox böyük maliyyə vəsaiti tələb etdiyini bildirərərək ev sahibliyində imtina etdiyini açıqladı.
"Hollandiyanın ev sahibliyindən imtina etməsi bu qitə tədbirinin gələcəyinin olmaması ilə bağlı iddiaları artırsa da, I Avropa Oyunları bütün ümidləri doğruldub və ikinci mərhələdə bir çox ölkələrin bu Oyunları keçirməsinə marağını artırıb. Namizədliyini irəli sürən altı ölkədən biri, yəni Hollandiya imtina etdikdən sonra beş namizədimiz oldu. Hazırda iki əlavə namizədimiz də var. Ancaq bir müddət heç bir qərar verilməyəcək”, - deyə AOK prezidenti əlavə edib.