İyunun 21-də Avropa Oyunları çərçivəsində qadın voleybolçuların qrup mərhələsinin son oyunları keçirilib. Azərbaycan doğma divarlar arasında Türkiyə millisini qəbul edib. Gərgin keçən qarşılaşma rəqib komandanın xeyrinə başa çatıb. Matçdan sonra voleybol üzrə qadınlardan ibarət Türkiyə yığmasının böyük məşqçisi Ferhat Akbaş yarışla bağlı təəssüratlarını "Olimpiya dünyası”nın çoxsaylı oxucuları ilə bölüşüb:
- Azərbaycan:Türkiyə matçı çox maraqlı və gərgin keçdi. Hər iki komanda A qrupunda favoritdir. Qızlarınız indiyə qədər keçirilən bütün qarşılaşmalardan qalib ayrılıblar. Komandamız bu yarışda həm serviz, həm də hücumda gözəl oyun nümayiş etdirdi. Azərbaycan millisi servizdə müəyyən problemlərlə rastlaşdı və bu da bizə yarışda üstünlük qazanmağa imkan verdi. Ümid edirəm ki, finalda Azərbaycan millisi ilə bir daha rastlaşacağıq. Dörddə bir finalda rəqibimiz Rusiya yığması olacaq. Rusiya millisi kifayət qədər güclüdür və B qrupunda favorit komandalardandır. İnşallah, Türkiyə: Rusiya matçında qazanan tərəf biz olacağıq.
Avropa Oyunlarının təşkilatşılığı yüksək səviyyədədir. Biz burada özümüzü evdəki kimi hiss edirik. Gözəl şərait və ab-hava hamının ürəyincədir. Hadisələrin gedişi, yarışlarda 6 mindən çox idmançının iştirakı, qazanılan uğurlar onu deməyə əsas verir ki, Azərbaycan Avropa Oyunlarının tarixində yeni səhifə yazmağa artıq nail olub.
Səadət Hakıyeva