Azərbaycan yığması 1/4 finalda

Azərbaycan yığması 1/4 finalda



Bu gün Bakı-2015 I Avropa Oyunlarında qadın voleybolçular arasında 1/4 final mərhələsinin oyunları keçiriləcək.
1/4 final mərhələsinə Polşa – Almaniya oyunu ilə start verilib. Yarış davam edir. Bunun ardınca  Azərbaycanın yer aldığı qrupu lider kimi tamamlayan Türkiyə digər qrupun dördüncüsü olan Rusiyanı sınağa çəkəcək.
Daha sonra meydana yığma komandamız çıxacaq. Aleksandr Çervyakovun yetirmələri digər qrupun ikincisi olmuş Hollandiya ilə münasibətlərinə aydınlıq gətirəcəklər.
Mərhələnin son qarşılaşmasında Belçika ilə Almaniya üz-üzə gələcək.

Voleybol
23 iyun
Qadınlar
1/4 final

(indi) Polşa - Almaniya - 2:1 (25:23, 25:17, 18:25)
15:00. Türkiyə - Rusiya
19:00. Azərbaycan – Hollandiya
21:00. Belçika – Serbiya
Qeyd edək ki, Azərbaycan millisi yarımfinala adlayarsa, final yolundakı son görüşünü Türkiyə - Rusiya cütlüyünün qalibinə qarşı keçirəcək.