İstanbulda gənclər arasında güləş üzrə Avropa çempionatına start verilib.
Çempionatın ilk günündə sərbəst güləş üzrə 50 kq, 60 kq, 74 kq və 96 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.
Qitə birinciliyində mübarizə aparan güləşçilərimizin rəqibləri məlum olub. Şəhriyar Salmanov (50 kq) türkiyəli Bekir Şahin, Vurğun Əliyev (60 kq) Polşa təmsilçisi Bartosz Stavinoqa, Murad Süleymanov (74 kq) moldovalı Georgi Paskalov, Turxan Qurbanov (96 kq) isə polşalı Aleksandr Voytaçnio ilə qarşılaşacaq.