Azərbaycan Hollandiyanı məğlub edərək yarımfinala yüksəldi

 Azərbaycan Hollandiyanı məğlub edərək yarımfinala yüksəldi



Bu gün Bakı-2015 I Avropa Oyunlarında qadın voleybolçular arasında 1/4 final mərhələsinin oyunları keçirilir.
İyunun 23-də təşkil ediləcək 4 oyunun nəticəsinə əsasən, Avropa Oyunlarının yarımfinalçıları müəyyənləşəcək.
1/4 final mərhələsinə Polşa – Almaniya oyunu ilə start verilib. Oyun 3:2 hesabı ilə Polşa yığmasının xeyrinə başa çatıb. Ardından Azərbaycanın yer aldığı qrupu lider kimi tamamlayan Türkiyə Rusiyanı sınağa çəkib – 3:1.
Ardından meydana çıxan yığma komandamız B qrupunun ikincisi olan Hollandiya ilə görüşüb. Aleksandr Çervyakovun yetirmələri yarışa inamla başlayıblar. Hər üç seti qələbə ilə başa vuran voleybolçu qızlarımız rəqibi 3::0 hesabı ilə enərək yarımfinala vəsiqə qazanıblar. 

Mərhələnin son qarşılaşmasında Belçika ilə Almaniya üz-üzə gələcək.


23 iyun
Voleybol

Qadınlar
1/4 final

Polşa - Almaniya - 3:2 (25:23, 25:17, 18:25, 14:25, 15:10)
Türkiyə - Rusiya - 3:1 (25:18, 23:25, 25:22, 25:19)
Azərbaycan – Hollandiya - 3:0 (25:21, 25:23, 25:14)
21:00. Belçika – Serbiya
Qeyd edək ki, Azərbaycan millisi yarımfinala adlayarsa, final yolundakı son görüşünü Türkiyə - Rusiya cütlüyünün qalibinə qarşı keçirəcək.