Avropa Oyunları Parkında basketbol 3X3 yarışlarına start verilib

Avropa Oyunları Parkında basketbol 3X3 yarışlarına start verilib



Bu gün Bakı-2015 I Avropa Oyunlarında daha bir idman növünə start verilib.
Qadın və kişilərdən ibarət yığma komandalar arasında basketbolun 3X3 növündə qrup oyunları başlayıb.
Azərbaycanın kişilərdən ibarət komandası D qrupunda mübarizə aparacaq. Komandamız bu gün iki oyun keçirəcək. İlk görüşdə Çexiya ilə qarşılaşan millimiz rəqiblə mübarizəni heç-heçə başa vurub – 1:1. Kişi basketbolçularımız 21:35-də İsveçrəni qəbul edəcək.
Qadın basketbolçularımız isə A qrupunda yer alır. Qadınlar günü 1 oyunla yekunlaşdırıblar. Yığmamız İsveçrəni qəbul edib və yarışdan məğlub ayrılıb - 11:15.
Qeyd edək ki, həm kişilərin, həm də qadınların yarışında 16 komanda 4 qrupda mübarizə aparacaq. Bu gün və sabah keçiriləcək oyunlarla qrup mərhələsinə yekun vurulacaq.

23 iyun
3X3 basketbol

Kişilər
A qrupu
Sloveniya – İsrail - 16:7
Litva – Rumıniya - 16:15
20:45. İsrail – Litva

B qrupu
Rusiya – Belçika - 21:12
Türkiyə - İspaniya - 9:19
20:45. Belçika – Türkiyə

C qrupu
Estoniya – Yunanıstan - 16:19
İtaliya – Serbiya - 14:21
21:35. Yunanıstan - İtaliya

D qrupu
Andorra – İsveçrə - 16:10
19:55. Azərbaycan – Çexiya
21:35. İsveçrə - Azərbaycan

Qadınlar
A qrupu
Hollandiya – Yunanıstan - 8:13
İsveçrə - Azərbaycan - 15:11
20:20. Yunanıstan – İsveçrə

B qrupu
Çexiya – Ukrayna - 11:15
Türkiyə - Belçika - 9:19
20:20. Ukrayna – Türkiyə

C qrupu
Slovakiya - İspaniya - 6:14
İrlandiya – Sloveniya - 10:14
21:10. Slovakiya – Sloveniya

D qrupu
Rumıniya – Litva - 12:14
İsrail – Rusiya - 5:21
21:10. Litva - İsrail