İyunun 23-də Avropa Oyunları çərçivəsində qadın voleybolçuların yarımfinal yarışları keçirilib. Azərbaycan komandası B qrupunun ikincisi Hollandiya ilə qarşılaşıb. Qızlarımız rəqib üzərində 3:0 hesabı ilə qələbə qazanaraq yarımfinala vəsiqə qazanıblar. Qadınlardan ibarət Azərbaycan yığmasının böyük məşqçisi Aleksandr Çervyakov komandanın çıxışı ilə bağlı fikirlərini "olimpnews.az” saytına danışıb:
- Qrupda ilk yarışları uğurla başa vursaq da, Türkiyə ilə oyunda müəyyən səhvlərimiz oldu. Düşünürəm ki, buna ardıcıl qələbələrdən sonra oyunçularda yaranan arxayınçılıq səbəb oldu. Bu oyunda buraxdığımız səhvləri analiz edərək öz üzərimizdə işlədik. Avropa Oyunlarında qarşıya qoyduğumuz məqsədə doğru inamla irəliləyirik. Hollandiya ilə qarşılaşmada qızlarımız onlara verilən təlimatı yüksək ustalıqla nümayiş etdirdilər. Sonunda qələbə bizim oldu və komandamız yarımfinala vəsiqə qazandı.