Azərbaycanlı voleybolçu:“Biz komanda olaraq güclüyük”

Azərbaycanlı voleybolçu:“Biz komanda olaraq güclüyük”




Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığmasının üzvü Odina Bayramova Azərbaycan:Hollandiya matçındakı qələbədən sonra təəssüratlarını bizimlə bölüşüb:

- Sevinirəm ki, bu oyunda qərib komandaya qalib gəldik. Böyük məşqçinin dediyi kimi Türkiyə ilə oyunda uduzmağımızın səbəbi servizdə buraxdığımız səhvlər oldu. Avropa Oyunlarında məqsədimiz çempion adını qazanmaqdır. Biz komanda olaraq güclüyük və inanıram ki, bunu bacaracağıq.