Qılıncoynatma yarışlarının ilk günü başa çatıb

Qılıncoynatma yarışlarının ilk günü başa çatıb



İyunun 23-də birinci Avropa Oyunlarının qılıncoynatma yarışlarına start verilib.
"Baku Crystal Hall” arenasında 5 gün davam edəcək yarışda 216 qılıncoynadan fərdi və komanda şəklində rapira, şpaqa və sablya yarışlarında mübarizə aparır. Ölkəmizi bu yarışlarda 16 idmançımız təmsil edir. Heyətdə Cavanşir Ağakişiyev, Sevil və Sevil Bunyatova, Abdulla Həsənov, Sabina Mikina, Fatimə İbrahimova, Azər Tağıyev, Cavanşir Səfərov, Sevinc Bunyatova, Nəcəf Məhərrəmov, Vəkil Nəsibov, Samirə Hüseynova, Kənan Əliyev, Nübar Məlikova, Mehrab Həsənov, Elmira Xudaverdiyeva və Məryəm Məlikova yer alıblar.
Qılıncoynatma yarışlarının ilk günündə qadınlar arasında şpaqa yarışlarına start verilib. Bu növdə Elmira Xudaverdiyeva, Samirə Hüseynova, Məryəm Məlikova və Nübar Məlikova birincilik uğrunda yarışжb.
Bu növdə çıxış edən qadın şpaqaçılarımız məğlubiyyətə uğrayaraq, növbəti mərhələdən kənarda qalıblar. Kişilər arasında sablya növü üzrə fərdi yarışlarda da nəticə ürəkaçan olmayıb. 6 qrup üzrə 36 sablyaçının mübarizəsində təmsilçilərimizdən Azər Tağıyev "A”, Abdulla Həsənov "D”, Cavanşir Səfərov "E”, Cavanşir Ağakişiyev "F” qrupunda güclərini sınayıblar.
Azər Həsənov bütün görüşlərindən məğubiyyətlə ayrılıb və sonuncu yeri tutub. Sablyaçılarımız keçirdikləri görüşlərin yalnız birində rəqiblərinə qalib gəliblər. Lakin bu qalibiyyət növbəti mərhələ üçün yalnız bir sablyaçımıza şans verib. 4-cü yer tutmaqla 1/16 finala yüksələn yeganə Azər rumıniyalı Tiberiu Dolniçeanu görüşdə uğursuz çıxış edib - 5:15.