Dünən Bakı-2015 I Avropa Oyunlarında daha bir idman növünə start verilib.
Qadın və kişilərdən ibarət yığma komandalar arasında basketbolun 3X3 növündə qrup oyunlarına dünən start verilib.
Azərbaycanın kişilərdən ibarət komandası D qrupunda mübarizə aparır. Komandamız dünən iki oyun keçirıb. Öncə Çexiya ilə qarşılaşan yığmamız rəqib üzərində çətin qələbə qazanlb. Basketbolçularımız günün son matçında qrupdakı digər rəqibi İsveçrəni də məğlubiyyətə uğradıb.
Qadın basketbolçularımız isə A qrupunda yer alır. Qadınlar günü 1 oyunla yekunlaşdırıblar. Lakin kişilərdən fərqli olaraq, qadınlarımız yarışa məğlubiyyətlə start götürüblər. Komandamız İsveçrəyə uduzub.
Qeyd edək ki, həm kişilərin, həm də qadınların yarışında 16 komanda 4 qrupda mübarizə aparır. Bu gün qrup mərhələsinə yekun vurulacaq.
3X3 basketbol
Kişilər
A qrupu
Sloveniya – İsrail - 16:7
Litva – Rumıniya - 16:15
İsrail – Litva - 12:19
B qrupu
Rusiya – Belçika - 21:12
Türkiyə - İspaniya - 9:19
Belçika – Türkiyə - 21:20
C qrupu
Estoniya – Yunanıstan - 16:19
İtaliya – Serbiya - 14:21
Yunanıstan - İtaliya - 11:9
D qrupu
Andorra – İsveçrə - 16:10
Azərbaycan – Çexiya - 17:14
İsveçrə - Azərbaycan - 9:17
Qadınlar
A qrupu
Hollandiya – Yunanıstan - 8:13
İsveçrə - Azərbaycan - 15:11
Yunanıstan – İsveçrə - 16:18
B qrupu
Çexiya – Ukrayna - 11:15
Türkiyə - Belçika - 9:19
Ukrayna – Türkiyə - 19:11
C qrupu
Slovakiya - İspaniya - 6:14
İrlandiya – Sloveniya - 10:14
Slovakiya – Sloveniya - 15:9
D qrupu
Rumıniya – Litva - 12:14
İsrail – Rusiya - 5:21
Litva - İsrail - 18:9