“Çelsi”nin futbolçuları Mourinyoya etiraz edirlər

“Çelsi”nin futbolçuları Mourinyoya etiraz edirlər

Çelsi”nin futbolçuları baş məşqçiləri Joze Mourinyonun son qərarlarına qarşı çıxıblar. "The Telegraph” qəzetinin yaydığı məlumata görə, portuqaliyalı mütəxəssis Oskar, Falkao və Remini Çempionlar Liqasında "Portu” ilə oyuna aparmayıb, kapitan Con Terrini isə əsas heyətə daxil etməyib. Bu da oyunçular arasında şok vəziyyəti yaradıb. Futbolçuları təəccübləndirən başqa bir fakt isə budur ki, cari mövsümdə uğursuz çıxış etməsinə baxmayaraq, Branislav İvanoviç ilk 11-likdə yer alıb.
Qəzet yazır ki, Oskar və Remi Mourinyonun zamanında "Çelsi”də əsas heyətdə oynamayacaqları ilə artıq barışıblar və digər kluba keçmək haqda düşünürlər.
Komandanın bir çox futbolçusu isə hesab edir ki, Mourinyonun bu qərarı yanlışdır və Oskar əsas heyətdə oynamağa layiqdir.