Messinin uğuru təkrarlanır

Messinin uğuru təkrarlanır

"Bavariya”nın hücumçusu Robert Levandovski Çempionlar Liqasının qrup mərhələsində "Dinamo” (Zaqreb) ilə keçirilən görüşdə vurduğu qolla yadda qalıb.
Belə ki, polşalı futbolçu Çempionlar Liqasında vurduğu qolların sayını 25-ə çatdırıb. O, 25-ci qolu turnirdə keçirdiyi 42-ci oyununda vurub. Bununla da, Levandovski "Barselona”nın hücumçusu Lionel Messinin uğurunu təkrarlayıb. Argentinalı futbolçu da qitənin ən mötəbər turnirində 25-ci qoluna 42-ci matçında imza atıb.
Qeyd edək ki, bu göstəricidə rekord "Milan”ın sabiq futbolçusu Filipo İnzaqi və "Mançester Yunayted”in keçmiş hücumçusu Rud van Nistelroya məxsusdur. Hər iki futbolçu Çempionlar Liqasında 25-ci qolunu 30-cu oyunlarında vurublar.