FİFA-nın əsas sponsorları Blatterdən istefa tələb ediblər

FİFA-nın əsas sponsorları Blatterdən istefa tələb ediblər



FİFA-nın əsas sponsorlarından olan "Coca-Cola” və "McDonald’s” şirkətləri təşkilatın başçısı Yozef Blatteri tutduğu vəzifəni dərhal tərk etməyə çağırıblar.
Hər iki şirkət son günlərdə FİFA-nın nüfuzunun aşağı düşdüyünü və reputasiyasının zəiflədiyini bəyan ediblər. Bəyanatda bildirilir ki, FİFA-ya təcili və hərtərəfli islahat lazımdır, bu isə yalnız tam və müstəqil yanaşma nəticəsində əldə oluna bilər.
Sonra istefa tələbinə "Visa” və "Budweiser” şirkətləri qoşulub. Təşkilatın yeni başçısının seçiləcəyi konqres 2016-ci il fevralın 26-da Sürixdə keçiriləcək.
1998-ci ildən etibarən FİFA-ya başçılıq edən Blatter mayın 29-da yeganə opponenti İordaniya şahzadəsi Əli Bin Əl-Hüseynə qalib gələrək yenidən beşinci müddətə seçilib. İyunun 2-də isə öz vəzifəsindən getməyini elan edib, çünki seçki öncəsi FİFA-nın yüksək vəzifəli məmurları ətrafında korrupsiya qalmaqalı yaşanıb.