Argentina millisinin və İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messinin böyük qardaşı Matias Messi qanunsuz silah gəzdirməkdə ittiham olunur.
Xarici KİV-lərin verdiyi məlumata görə, oktyabrın 3-də Argentinanın Rosario şəhərində polis əməliyyat keçirərkən Matiasın da avtomobilində yoxlama aparıb.
Baxış zamanı maşından lisenziyası olmayan tapança aşkar edilib. O, 4 saat polis bölməsində saxlanıldıqdan sonra sərbəst buraxılıb.
Qeyd edək ki, Matias Messi 2008-ci ildə də oxşar hadisə ilə üzləşib. Həmin vaxt da Lionel Messinin qardaşı qanunsuz silah gəzdirdiyi üçün həbs edilib.