Bosniya çempionatında keçirlən "Jelezniçar" - "Sarayevo" oyununda qəribə hadisə baş verib.
Qarşılaşmanın hakimi "Jelezniçar"ın baş məşçqisi Edis Mulaliçi meydandan qovub. Mütəxəssis komandasının oyununa nəzarət etmək üçün biclik işlədib.
O, tunelin damına çıxaraq, ordan həm oyuna nəzarət edib, həm də futbolçularına göstəriş verib. Edis damda durmaqla, faktiki olaraq, futbol meydançasında olmayıb. Bu da onu əlavə cəzadan sığortalayıb.
"Jelzniçar" Sarayevo derbisindən qalib ayrılıb - 1:0.