Gözlənilməz nəticələr mübarizəni daha da gərginləşdirirFutbol üzrə Topaz Premyer Liqasında VII turun oyunları keçirilib. Turun ilk oyununa oktyabrın 2-də "AZAL Arena”da start verilib.
Günün yeganə qarşılaşmasında çempionatın autsayderləri üz-üzə gəliblər. Arxada qalan 6 turda qələbəyə həsrət qalan AZAL və "Rəvan” uğursuz seriyanı paytaxt derbisində qırmağa çalışıblar.
Meydan sahibi qismində çıxış edən "təyyarəçilər” oyunda minimal hesablı qələbə qazanıblar -1:0. AZAL-ın qələbə qolunu Nuqzar Kvirtiya vurub. Beləliklə, 7 oyunluq həsrətə son qoyan Tərlan Əhmədovun yetirmələri 133 gündən sonra qalib gəlib.
Tarixinin ən uğursuz startını gerçəkləşdirən bakılılar 2005-ci ildə debüt etdiyi Premyer Liqada heç vaxt ilk qələbəsini belə gec qazanmamışdılar. Bunadək AZAL ən pis halda 6-cı oyununda qələbə qazanıb. Bu hadisə 2005-06 mövsümündə təsadüf edib. Paytaxt təmsilçisinin son qələbəsi ötən mövsümün "Simurq”la oyununda qeydə alınıb.
Topaz Premyer Liqası
VII tur
2 oktyabr
AZAL - "Rəvan” - 1:0
"AZAL Arena”
Qol: Nuqzar Kvirtia, 7
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Nail Nağıyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Şahin Cəfərov
AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov (k), 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev, 4. Qvanzan Maqomedov, 14. İlqar Ələkbərov, 6. Tagim Novruzov, 21. Murad Səttarlı, 10. Nuqzar Kvirtiya, 27. Aleksandr Quruli, 19. Məhəmməd Bədəlbəyli
Ehtiyat oyunçular: 95. Polad Mirzəzadə, 28. Müşfiq Teymurov, 9. Aydın Qasımov, 20. İsmayıl İbrahimli, 11. Ruslan Nəsirli, 15. Rüfət Musayev, 7. Tərlan Xəlilov
Baş məşqçi: Tərlan Əhmədov
"Rəvan”: 32. Kostyantin Maxnovski, 21. Novruz Məmmədov (k), 6. Vüqar Bəybalayev, 16. Orxan Lalayev, 11. Şeriff Suma, 18. Samuel Barlay, 92. Yamin Ağakərimzadə, 99. Nicat Muxtarov, 22. Məhəmməd Alıyev, 17. Ramazan Abbasov, 19. Tural Qürbətov
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 2. Ruslan Tağızadə, 8. Məhəmməd Quliyev, 77. Cavad Kazımov, 7. Elvin Həsənəliyev, 39. Əlibəy Məmmədli, 10. Alibobo Raxmatullayev
Baş məşqçi: Emin Quliyev
Yarışın ikinci günündə VII turunun daha bir qarşılaşması keçirilib.
Premyer Liqanın debütantı "Zirə” "Neftçi”ni qəbul edib.
Ötən mövsümün çempionu və hazırkı lider "Qarabağ”la birlikdə ilk 6 turda yenilməyən iki komandadan biri olan "Zirə” bu uğurlu seriyanı "ağ-qaralar” qarşısında da davam etdirib.
Oyunun gedişində azlıqda qalan "flaqman” növbəti məğlubiyyətini alıb. Debütant hər hissədə vurduğu bir qolla oyundan 2:0 hesablı qələbə ilə ayrılıb.
3 oktyabr
"Zirə” - "Neftçi” - 2:0
Zirə İdman Kompleksinin stadionu
Qol: İvanoviç, 18, Bonilya, 72
Qırmızı vərəqə: Fəhmin Muradbəyli, 47
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov
"Zirə”: 1. Anar Nəzirov, 39. Sadiq Quliyev, 37. Yovan Krneta, 13. Aleksandr Şemonayev, 5. Adil Nağıyev, 11. Viktor İqbekoyi, 8. Tərzin Cahangirov, 10. İqor İvanoviç, 32. Luis Alberto Diez, 27. Rəşad Abdullayev (k),9. Nelson Bonilla
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Ruslan Poladov, 28. Təmkin Xəlilzadə, 6. Hacı Əhmədov, 7. Rihairo, 2. Çimezi Mbah ,96. Elgün Nəbiyev
Baş məşqçi: Adil Şükürov
"Neftçi”: 1. Aqil Məmmədov (k), 4. Rahil Məmmədov, 5. Juan Alberto, 6. Aylton Silva, 8. Elşən Abdullayev, 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 20. Antonio Quinta, 27. Məqsəd İsayev
Ehtiyat oyunçular: 24. Miçal Peskoviç, 14. Məhəmməd Qurbanov, 18. Kaue da Silva, 21. Samir Məsimov, 26. Kamal Qurbanov, 16. Əziz Quliyev , 3. Filyo Jairo Rodriges
Baş məşqçi: Samir Əliyev
Topaz Premyer Liqasında VII tura oktyabrın 4-də keçirilən 3 oyunla yekun vurulub. Günün birinci oyunu Gəncədə keçirlib. Burada "Kəpəz” "Sumqayıt”la qarşılaşıb. Maraqlı mübarizə şəraitində keçən oyun gəncəlilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
4 oktyabr
"Kəpəz” - "Sumqayıt” - 3:1
Gəncə şəhər stadionu
Qollar: Junior Osvaldo, 9, 80, Rəşad Eyyubov, 90+1 - Uğur Pamuk, 66
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Vüqar Bayramov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Xaqani Məmmədov
"Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 25. Şəhriyar Əliyev, 3. Tərlan Quliyev, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 8. Budaq Nəsirov, 10. Dario Federiko Junior, 7. Juninyo, 68. Rəşad Eyyubov, 27. Bəxtiyar Soltanov
Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 23. Tural Nərimanov, 6. Ceyhun Cavadov, 80. Tural Rzayev, 19. Aleksandr Sitnik, 90. Julien Ebah, 15. Azad Kərimov
Baş məşqçi: Şahin Diniyev
"Sumqayıt”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 5. Cəmil Hacıyev, 6. Mikayıl Rəhimov, 8. Nuran Qurbanov, 13. Murad Ağayev, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 55. Ağabala Ramazanov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 7. Pərdis Fərcad-Azad, 10. Uğur Pamuk, 21. Ramil Orucov, 23. Tural Rzayev, 29. Amil Yunanov, 39. Emin Mehdiyev
Baş məşqçi: Aqil Məmmədov
Turun mərkəzi görüşündə isə "Qarabağ” "İnter”dən üstün olub. Qurban Qurbanovun yetirmələri "bankirlər”in qapısından 2 cavabsız top keçiriblər. Görüşün 88-ci dəqiqəsində oyunun baş hakimi Elvin Əsgərov meydan sahiblərinin qapısına onbirmetrlik cərimə zərbəsi təyin edib. "Qarabağ”ın futbolçusu Elvin Məmmədov bilərəkdən topu qapıdan kənara vurub. Buna səbəb baş hakimin kobud səhvə yol verərək "İnter”in qapıçısı Georgi Lomayanın Reynaldoya qarşı qayda pozuntusuna əl atdığını iddia etməsi və onbirmetrlik cərimə zərbəsini göstərməsi olub. Baş hakimin hadisə yerindən uzaq olması, köməkçilərinin isə ona heç nə deməməsi, gürcüstanlı qapıçının meydandan qovulması ilə nəticələnib. Bütün əvəzetmələrdən istifadə etmiş "İnter”in qapısına 7 nömrəli futbolçu Nika Kvekveskiri keçib.
Lakin gürcü yarımmüdafiəçi az sonra topu qapısında görüb. Reynaldonun zərbəsi qarşısında Nika Kvekveskiri çarəsiz qalıb.
"İnter” - "Qarabağ” - 0:2
"İnter Arena”
Qollar: Dani, 28, Reynaldo, 90+6
Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, Munis Abdullayev, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Kərim Ağayev
"İnter”: 79. Georgi Lomaya (k), 5. Denis Silva, 7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev, 9. Limam Seydi , 14. Zurab Xizanişvili, 19. Mirhüseyn Seyidov, 22. İlkin Qırtımov, 24. Fuad Bayramov, 30. Abbas Hüseynov, 77. Emilian Vila
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 3. Xuan Fransisko, 10. Elnur Abdullayev, 15. Stepan Polyak, 18. Mənsur Nəhavəndi, 20. Yuri Fomenko, 88. Abdulla Abatsiyev
Baş məşqçi: Zaur Svanadze
"Qarabağ”: 13. İbrahim Şehiç (k), 8. Markos Madera Migel, 10. Dani, 11. Elvin Məmmədov, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 29. Raydell Pupon, 23. Vladimir Dimitrovski, 32. Elvin Yunuszadə, 67. Əl Hərbi Əl Jadeyui, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Vüqar Mustafayev, 9. Reynaldo, 19. Azər Salahlı, 20. Riçard Almeyda, 33. Eltun Turabov, 90. Samuel Armenteros
Baş məşqçi: Qurban Qurbanov
Günün və turun son oyunu isə Qəbələdə təşkil olunub. "Qəbələ” "Xəzər Lənkəran”ı qəbul edib. Mövsümün ən sürətli qolu ilə başlayan oyun, mövsümün ən böyük hesablı qələbəsi ilə yekunlaşıb. Dodonun 8-ci saniyədə vurduğu qol ilk, Ermin Zetsin 89-cu dəqiqədə fərqlənməsi isə 6-cı olub. 6:0 hesabı ilə qələbə qazanan Roman Qriqorçukun yetirmələri 2007-08 mövsümündə qeydə alınan rekordunu təkrarlayıblar. Həmin vaxt - 2007-ci il noyabrın 11-də "Qəbələ” səfərdə "Gənclərbirliyi”ni darmadağın etmişdi.
Budəfəki 6:0 hesablı qələbə isə bir sıra rekordlarla əlamətdar olub. Mövsümün ən böyükhesablı qələbəsini qazanan komanda 10 illik tarixinin bir sıra nəticələrini təkrarlayıb. Bu nəticə "qırmızı-qaralar”ın Premyer Liqada ən böyükhesablı qələbəsidir. Ümumiyyətlə, Qəbələdəki ən fərqli qələbə 2006-2007-ci illər mövsümündə "Şahdağ”la (Quba) 2006-cı il oktyabrın 16-da keçirilən kubok matçında qeydə alınmışdı - 6:0. "Xəzər Lənkəran”la oyunda həmin rekord da təkrarlanıb. 2884 gündən sonra təkrarlanan rekord çempionatın yüksək liqasında "Qəbələ”nin ən böyükhesablı ev qələbəsidi.
"Qırmızı-qaralar”ın, ümumiyyətlə, ən böyük fərqlə qələbəsi isə I liqada qeydə alınıb. Komanda Xanları təmsil edib, "Gilan” adlandığı vaxt - 2005-2006-cı illər mövsümünün ilk turunda doğma azarkeşlər önündə "Şərur”u 8:0 hesabı ilə üstələyib.
"Qəbələ” - "Xəzər Lənkəran” - 6:0
Qəbələ şəhər stadionu
Qollar: Dodo, 1, Pereyra, 10, 78, Qay, 45, Antonov, 74, Ermin Zets, 89
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Yaşar Abbasov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
"Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 4. Elvin Camalov, 9. Sergey Zenyov, 10. Dodo (k), 19. Aleksey Qay, 21. Arif Daşdəmirov, 32. Fakundo Pereyra, 34. Ürfan Abbasov, 66. Samir Zərgərov, 87. Ruslan Abışov
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 6. Rəşad Sadiqov, 7. Ermin Zets, 8. Məhəmməd Mirzəbəyov, 15. Vitali Vernidub, 25. Qismət Alıyev, 69. Aleksey Antonov
Baş məşqçi: Roman Qriqorçuk
"Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 8. Elşən Rzazadə, 11. Kazım Kazımlı, 12. İlyas Səfərzadə, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 27. Adrian Skarlatake, 42. Kamran Abdullazadə, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov, 99. Mahsum Qəmbərli
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 5. Fərid Əsədov, 7. Sadio Tounkara, 16. İbrahim Qədirzadə, 32. Zaman Mirzəzadə, 44. Yusif Həsənov, 9. Orxan Əliyev
Baş məşqçi: Yunis Hüseynov