Bu gün İsveçrənin Nyon şəhərində Avro-2016-nın pley-off mərhələsinin püşkü atılıb.
Öz qruplarında 3-cü yeri tutan səkkiz komanda Fransada keçiriləcək Avropa çempionatına son 4 vəsiqə uğrunda mübarizə aparacaq.
Püşkatmanın nəticəsinə əsasən, Ukrayna millisi Sloveniyanı, İsveç Danimarkanı, Bosniya və Herseqovina İrlandiyanı, Norveç isə Macaraıstanı sınağa çəkəcək. İlk oyunlar noyabrın 12—14-də, cavab qarşılaşmaları isə noyabrın 15-17-də keçiriləcək.
Xatırladaq ki, "Avro-2016”nın final mərhələsinin püşkatması dekabrın 12-də Fransanın paytaxtı Paris şəhərində keçiriləcək.